Ərzaqlar
Mayalı məhlul
Süd
1/3 Stəkan
Un
1 ç.q
Quru maya
1 ç.q
Şəkər tozu
1 ç.q
Xəmir:
Un
500 q
Duz
1 ç.q
Vanil
1 ç.q
Yumurta sarısı
1 Ədəd
Kərə yağı
125 q
əridilmiş
Xama
150 q
İçlik üçün:
Qoz
600 q
Şəkər tozu
480 q
Hil
10 q
Kərə yağı
500 q
əridilmiş
Şirə üçün:
Şəkər tozu
1 Stəkan
Su
1/2 Stəkan
Zəfəran dəmi
50 ml
HAZIRLANMA QAYDASI
İlıq südə un, quru maya və şəkər tozu əlavə edib qarışdırmaq. Məhlulu 10 dəq. isti yerdə saxlamaq lazımdır.
500 q una duz, vanil, yumurta sarısı, yağ, xama və mayalı məhlulu qatıb yumşaq xəmir yoğurmaq lazımdır.
İçlik üçün qoza şəkər tozu və hill əlavə edib qarışdırmaq lazımdır. Başqa bir qabda kərə yağını əritmək lazımdır
Xəmiri 11 hissəyə bölmək lazımdır. Paxlavanın üst və alt qatını nisbətən iri kündələrdən yaymaq lazımdır.
Hər layı yağlamaq və qoz səpmək.
Hazır paxlavanı romb şəklində doğramaq, üzərinə zəfəran dəmi çəkmək və qozla bəzəmək.
Paxlava 180 dərəcə qızdırılmış sobada 45 dəq. ərzində bişirilməlidir.
Şirə üçün su və zəvəran dəmi ilə şəkər tozunu qarışdırıb 5 dəq. qaynatmaq.
Hazır paxlavanın üzərinə şirəni qəzdirib daha 10 dəq. sobada saxlamaq.
Soyuyandan sonra masaya vermək olar.
Resept 26 sm diametri bişirmə forması üçün nəzərdə tutulub.
ilıq