Ərzaqlar

Kərə yağı

100 q

Qəhvəyi şəkər tozu

100 q

Yumurta

1 Ədəd

Bal

2 x.q

Darçın

1 ç.q

Zəncəfil

1 ç.q

Mixək

1/4 ç.q

Qabartma tozu

1/2 ç.q

Duz

1/2 ç.q

Un

2 1/2 stəkan

Qlazur

Yumurtanın ağı

2 ədəd

Şəkər kirşanı

2 stəkan

Limon şirəsi

1 ç.q

Otaq temperaturunadək yumşalmış kərə yağını çəngəllə əzin, qəhvəyi şəkər tozunu, yumurtanı və balı qatıb mikserlə orta sürətdə çalın. Alınan məhlulun üzərinə un ələyin, ədviyyatları, duzu və qabartma tozunu qatıb elastik xəmir yoğurun. Xəmiri sellofan paketə və ya bişirmə kağızına büküb soyuducuda azı 2 saat saxlayın.

Sobanı 180 dərəcə qızdırın. Xəmiri soyuducudan çıxarıb 2 yerə bölün və kündələyin. Kündələri 0,75 sm qalınlığında yayın. Xəmirdən istədiyini fiqurları kəsin.   Peçenyelər 10 dəq ərzində 180-də bişirin.

Hazır peçenyeləri soyudun.

 Qlazur üçün 2 yumurtanın ağını limon şirəsi ilə bezə çalın. Sonda 2 stəkan şəkər kirşanını əlavə edib mikserlə həll edin.

Soyumuş peçenyenin üzərini qlazur və şəkərli müncuqlarla bəzəyin.