Əgər siz yatmazdan əvvəl yüngül qəlyanaltı yemək və ya içki içmək istəyirsinizsə, xoşladığınız ərzaqlardan istifadə etməyə tələsməyin. Alma və ya bir stəkan süd sizə yuxlamağa kömək etdiyi halda, bəzi ərzaqlar yuxunuz qaçıra, hətta qorxunc yuxulara, ürək bulanmasına və yuxusuzluğa səbə ola bilər. Bunlardan bəziləri aşağıda göstərilib.

Pizza. Siz düşünə bilərsiz ki, axşam yemək üçün pizzadan yüngül nə ola bilər? Ancaq, əslində bu belə deyil. Bişmiş pendir sizə mənfi təsir göstərə bilər. Bundan əlavə, pizzanın tərkibində olan tomat pastası şiddədli qarın ağrısının səbəbi ola bilər. ən mənfi cəhəd isə odur ki, hr bir pizza tikəsi artıq kalori deməkdir.

Qəhvə. Bəzi insanlar gecə yarı bir fincan espresso rahat içə bilsələrdə, onların çoxsu yuxusuzluqdan əziyyət çəkir. əgər qəhvənin tərkibində olan kofein sizidə narahat edirsə, onda çalışın yatmazdan 6 saat əvvəl bu içkidən istifadə etməyin.

Ədviyyatlı yeməklər. Bu cür yeməklər insanın dad reseptorlarını stimullaşdırmaqdan başqa, onun mədəsini də qıcıqlandırır. Bu isə mədə xorası kimi xəstəliklərə gətirib çıxara bilər.

Soda. Yatmazdan əvvəl heç bir halda sodalı içkilər içməyin. O pəhrizli olmadığı halda isə tərkibinin böyük bir hissəsi şəkərdən ibarətdir. Bu isə insanın yuxusunu qaçırır. Bundan əlavə, insanın qan şəkərinədə mənfi təsir edir.

sodovaya
sodovaya

Portağal şirəsi. Sitrus meyvələrinin şirəsi çox vaxt turşudan ibarət olur. Bu, həssas öd kisəsinə malik insanlarda problemlərə gətirib çıxarır. Buna görədə, portağal şirəsinin əvəzinə hər hansı bir bütöv meyvə, məsələn alma yeməyə çalışın.

Orange juice
Orange juice