TƏLƏB OLUNAN ƏRZAQLAR

  • Hinduşka - 3-3,5 kq

  • zeytun yağı (zövgə görə kərə yağından da istifadə etmək olar) - 2 x.q

  • soğan  — 1 baş

  • limon —  1 ədəd

  • duz istiot

  • təzə və ya qurudulmuş otlar: cəfəri, rozmarin, kəklikotu, adaçayı və s.






HAZIRLANMA QAYDASI:




  1. Hinduşkanı yuyun və yaxşıca qurulayın. İçərisini duzlayıb istiotlayıb və 4 hissəyə bölünən limon soğanı hinduşkanın içərisinə qoyun. (Soğan və limonun bir hissəsini sonraya saxlayın :))


indeyka 1


  • Hinduşkanın quyruğu içəriyə doğru salın ki, bişirildikdə şirəsi içərisinə tökülsün. Quşun qarnını tikin və ya diştəmizliyənlə bərkidin :) Ayaqlarını iplə bağlayın. 


indeyka 2




  • Hinduşkanın boğazındakı dərini qaldırın və saxladığınız limon və soğanı boğazına yerləşdirin.


  • Hinduşkanın üzərinidə duzlayıb istiotlamaq və yağlamaq lazımdır. Sobanın listi üzərinə quşu beli yuxarı şəkildə yerləşdirin.


indeyka 3

  • Hinduşkanı 200 dərəcə qızdırılmış sobaya yerləşdirin. Bir saatdan sonra sobanın dərəcəsini 150-yə salın. Bişirilmə zamanı quşun üzərini folqa ilə örtmək olar, lakin folqanı prosesin sonuna yarım saat qalmış çıxartmaq lazımdır ki hinduşkanın üzəri qızarsın. Daha bir saatdan sonra hinduşkanı çevirin və sobada bişirməyə davam edin. (Hinduşkanın hər iki kq-nı 1 saat ərzində bişirmək laımdır. 3-3,5 kq-lıq quşu 1,5-2 saat ərzində bişirmək lazımdır. )


Bu hinduşka üçün əvəz olunmaz sous quşüzümündən hazırlanır. Resept üçün tıkla - Quşüzümü sousu