Ərzaqlar

Xəmir üçün

Yumurta

1 ədəd

Soyuq su

1 stəkan

Duz

1 ç.q

Un

1 stəkan

Qiymə üçün

Mal və ya qoyun əti

300 q

Soğan

1 ədəd

Zirinc

2 x.q

Bulyon

1/2 stəkan

Su ilə əvəz etmək olar

Duz

1 ç.q

İstiot

1/2 ç.q

Sarıkök

1/2 ç.q

Hazırlanması:

Un, yumurta, su və duzdan bərk xəmir yoğurun. 15 dəq saxlayın. Xəmiri dörd yerə bölüb kündələyin. Hər kündəni 0,5 sm nazikliyində yayın. 30-60 dəq ərzində qurudun. Daha sonra xəmiri romb şəklində doğrayın. 

Duzlu qaynayan suda 10-12 dəqiqə ərzində bişirin və suyunu süzün.

Xəngəlin qarası üçün 1 baş soğanə doğrayıb yağda qızardın. Mal ətinini əlavə edib qarışdırın. Bulyon duz istiot, sarıkök və zirinc əlavə edib tavanın qapağını örtün. Hazır xəngəli buluda qoyub üzərinə əridilmiş kərə yağı və qovurmanı əlavə edin.

Xəngəl sarımsaq qatıqla yeyilir.