Ərzaqlar

Su

2 stəkan

Ərinmiş yağ

2 x.q

Yumurta

3 ədəd

Un

2.5 stəkan 

Nişasta

1 x.q

İrmik yarması

2 x.q

Şirə üçün

Şəkər tozu

3 stəkan 

Su

2 stəkan 

Limon şirəsi

1 ç.q

1. Qazançada su qaynadıb yağı əlavə edin.  Yağ suya qarışan kimi unu əlavə edin və yumşaq xəmir yoğurun. Xəmiri oddan götürün və soyudun. Soyumuş xəmirə yumurta, irmik və nişastanı qatıb mikserlə çalın. 

2. Hazır xəmiri kulinar şprisə doldurun. Tavaya bitki yağı tökün və xəmiri şprisdən tökün. 3 sm uzunluqda kəsin. Yağ qızmamış olmalıdır, əks halda tulumbalar yana bilər. Asta-asta tulumbaları qızılı rəngə qədər qızardın. 

3. Şirə üçün qaynayan suda şəkər tozunu əridin və limon suyu əlavə edin.  Tulumbaları isti-isti şirəyə salın ki, xırçıltısı itməsin.