Ərzaqlar

Xəmir

Süd

0,5 litr

Yumurta

2 ədəd

Şəkər tozu

1 x.q

Un

1,5 stəkan

Duz

1 ç.q

Çay sodası

1/2 ç.q

Qabartma tozu ilə əvəz etmək olar

İçlik

Toyuq

200 q

Qaynadılmış və didilmiş

Duz

1/2 ç.q

Duzlu xıyar

100 q

Şüyüd

1 dəstə

Sarımsaq

1-2 diş

Xama

200 q

Mayonez

50 ml

Hazırlanma qaydası:

Südə yumurtaları, duzu, şəkər tozunu əlavə edib çalmaq. Alınan məhlula unu tökmək və bir daha yaxşı qarışdırmaq. Qarışdırmağı davam edərək bitki yağını əlavə etmək. Xəmirdə un yumurcaqlarının qalmaması vacibdir.  Xəmir qatı ayran kimi olmalıdır. Hazır xəmiri 30 dəq. otaq temperaturunda saxlamaq lazımdır.

İçlik:

Qaynadılmış və didilmiş toyuq ətinə duz, doğranılmış duzlu xıyar, əzilmiş sarımsaq, xırda doğranmış şüyüd, xama və mayonezi qatıb qarışdırın.

 Teflon dibi olan tavanı isitmək və çömçə ilə xəmiri götürüb tava tökmək. Blinçik tarazlı yayılması üçün tavanı silkələmək. Blinçik azca, qızılı rənq alana kimi qızardılmalıdır. Bir üzünü qızartmaq yetərlidir. 

Blinçikin qızardılmış hissəsinə bir-iki qaşıq içlik qoyub üzərinə yayın və rulet kimi bükün. Hazır ruletləri 2 sm qalınlığında doğrayın.

Qəlyanaltının üzərini göyərti ilə bəzəyib süfrəyə verin.