Ərzaqlar

Toyuq filesi

300 q

Duz

½ ç.q

İstiot

½ ç.q

Sarımsaq tozu

¼ ç.q

Bolqar bibəri

1-2 Ədəd

Soğan

1 Ədəd

Qalın lavaş 

2 Ədəd

Holland pendiri

100 q

Zeytun yağı

2 x.q

HAZIRLANMASI:

1. Toyuq ətini zeytun yağında 2-3 dəqiqə ərzində qızardın. Üzərinə soğan, pomidor və bolqar bibərini əlavə edib qarışdırın. Ədviyyatları qatıb tavanın qapağını örtün və toyuq əti bişənə kimi odda saxlayın.

2. Təmiz tavanı isidin,  lavaşı dibinə sərin. Lavaşın yarı hissəsinə rəndələnmiş holland pendiri toyuqlu içlik və üzərinə bir az da holland pendiri əlavə edib bükün. Hər iki tərəfini 2 dəq qızardın və sevdiyiniz sousla masaya verin.

Ləzzətli sous reseptləri ilə buradan tanış ola bilərsiniz 

Toyuqlu kesadilyas