Ərzaqlar

Qara üçün

Kərə yağı

20 q

Toyuq

1 kq

Soğan

2 baş

kiçik ölçüdə

Albuxara

200 q

Kişmiş

150 q

Duz

1 ç.q

İstiot

1 ç.q

Sarı kök

1/2 ç.q

Darçın

1/2 ç.q

Plov üçün

Uzun düyü

3 Stəkan

Duz

2 x.q

Kərə yağı

150 q

Zəfəran

3 q

Qazmaq üçün

Un

1 Stəkan

Yumurta

1 Ədəd

Əridilmiş kərə yağı

50 q 

Duz

1 ç.q

1. Toyuğu iri hissələrə bölün, yuyun və suyunu axıdın. Soğanı yarımhalqa şəklində doğrayın. Kərə yağını dərin tavada isidib soğanı qızılı rəngə qədər qızardın. Toyuğu əlavə edib 5 dəq. ərzində hər tərəfdən qızardın. Albuxara və kişmişi də tavaya töküb 5 dəq. pörtlədin və tavanın altını söndürün.

2.Düyünü suda şəffaf olanadək yuyun. Təmiz düyünün üzərinə duzlu su töküb bir saat saxlayın. Zəfəranı hazırlayın – bir çimdik zəfəranın üzərinə qaynar su töküb dəmləyin. Böyük qazanda suyu  qaynadın. Duz əlavə edib düyünü qaynayan suya tökün. Yarı-hazır vəziyyətədək qaynadın ki, düyü üzdən yumşaq, içəridən isə bərk olsun. Düyünü  süzün. Eyni zamnda zəfəranı dəmləyin: kiçik stəkanda zəfərənın üzərinə qaynar su töküb

3. Qazmaq üçün un, yumurta, əridilmiş yağ və duzu qarışdırıb xəmir yoğurun, xəmiri əlinizlə aşı dəmə qoyacağınız qazanın dibinə yayın. Zövqə görə çiy qazmağı istədiyiniz formada doğraya bilərsiniz. Qazmağın üzərinə azca düyü töküb qaranı əlavə edin. Üzərinə qalan aşı yağlaya-yağlaya əlavə edin.  Sonda zəfəran dəmini əlavə edib dəmə qoyun.  Plovu 40 dəqiqə dəmdə saxlayın. 

4. Servis etmək üçün əvvəlcə plovun sarı rəngdə olan üst hissəsini ayrı bir qaba çəkin.  Daha sonra qalan plovu və qaranı qaba yığın, sonda astaca qazmağı çıxardın. İri buluda əvvəlcə düyünü, sonra toyuğu yığın, üzərini zəfəranlı düyü və qazmaqla bəzəyin.