Ərzaqlar

Toyuq

1 kq

Qoz

300 q

Soğan

3 baş

Palçıq turşusu

3 x.q

Duz

1 ç.q

İstiot

1 ç.q

Sarıkök

1 ç.q

1. Toyuğu təmizləyin və yuyun. Soğanı soyun və ət çəkən maşın və ya blenderdən keçirin.  Süzgəc vasitəsi ilə soğanıın suyunu süzün. Suyu sıxılmış soğanı üyüdülmüş qoz ləpəsi, "Palçıq" turşusu və ədviyyatlarla qarışdırın. İçlik hazırdır. 

2. Toyuğun üzərini və içini turşulayın, duzlayıb istiotlayın və ləvəngi ilə doldurun. İp və diş çöpləri ilə tikin ki, içlik bişən zaman tökülməsin.

3. Toyuğu folqa və perqament kağızına büküb əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 30-40 dəq bişirin. 

4. Hazır ləvəngini doğrayın və istənilən növ plovla süfrəyə verin.