Ərzaqlar

Toyuq filesi

300 q

Göbələk

100 q

Bolqar bibəri

1 ədəd

Pomidor

1 ədəd

Soğan

1 ədəd

Sous üçün

Ağ üzüm sirkəsi

2 x.q

Zeytun yağı

2 x.q

Kəklikotu

10 q

Şirin paprika

10 q

Duz

1 ç.q

Sarımsaq

1-2 diş

Toyuq çöp şişin hazırlanması

1. Toyuğun döş ətini 2x2 ölçülü kub şəklində doğrayın. 

2. Sous üçün ərzaqları qarışdırın və doğranmış toyuğun ətinin üzərinə tökün, qarışdırın və qapaqla bağlayıb azı 2 saat soyuducuda saxlayın.

3.Soba 180 dərəcə qızdırın.

4.Bibərlərin və pomidorların tumlarını çıxardın. Göbələklərin və soğanın qabığını soyun. Tərəvəzləri doğrayın.

5.Taxta şişləri yaş edin və soğan, toyuq, bibər pomidor və göbələkləri ardıcıl olaraq şişə keçirin. Hər bir şişdə azı 4 dilim toyuq əti olmalıdır. 

6.Hazır kababları soba üçün qaba yerləşdirin, üzərini folqa ilə bağlayın və 15-20 dəqiqə ərzində sobada bişirin. Daha sonra folqanı götürüb şişləri qril altında qızardın.

7.Qarnir kimi soyutma kartof və ya düyüdən istifadə etmək olar.