Tələb olunan ərzaqlar

Xəmir üçün

Un

500 q

Kərə yağı və ya marqarin

400 q

Soyuq su

125 ml

Yumurta

1 ədəd

Limon şirəsi və ya üzüm sirkəsi

1 x.q

Duz

1 ç.q

İçlik üçün

Ağ pendir

500 q

Şüyüd

0.5 dəstə

Əridilmiş kərə yağı

2-3 x.q

Üzəri üçün

Yumurta sarısı

2 ədəd

Küncüt və ya çörək otu

1 x.q

Рецепт на русском

1. Ölçü stəkanında 1 yumurta, 1 ç.q duz, 1 x.q 5-7% sirkə və ya limon şirəsi, 175 ml su əlavə edib qarışdırıq. Məhlulu soyuducuya qoyuruq. 

2. Ələnmiş una kərə yağını və marqarini rəndələyirik və qarışdırırıq.   Üzərinə yumurtalı məhlulu əlavə edib xəmir hazırlayırıq. Xəmiri yoğurmağa ehtiyyac yoxdur. Sadəcə iri kürə halına salmaq lazımdır.  Xəmir qalıqlarını kürəyə yapışdırırıq.  Daha sonra xəmirə dordkünc forma verib onu azı 4 saat soyuducuda saxlayırıq.

Bu xəmiri 1 aya yaxın buzxanada, bir neçə gün isə soyuducuda saxlama olar. Donmuş xəmiri soyuducuda açmaq tövsiyyə olunur. Tez hazırlanan qat-qat xəmirdən həm şirin həm duzlu bişmələrin hazırlanması üçün istifadə etmək olar. 

5. İçliyi hazırlayırıq. Pendiri rəndələyirik və ya blender vasitəsi ilə xırdalayırıq. Pendirə əridilmiş kərə yağı və xırda doğranılmış şüyüd əlavə edib qarışdırırıq.  

6. Qat-qat xəmiri soyuducudan çıxarırıq. Xəmirlə soyuq olarkən işləmək lazımdır. Xəmirdən xırda kündələr hazırlayırıq və yumru şəkildə unlaya-unlaya 0,5 sm qalınlıqda yayırıq. 

7. İçliyi qoyub qıraqlarını bağlayırıq və şəkərbura naxışı veririk. 

8. Kökələrin üzərinə bir damcı bitki yağı və bir çimdik sarıkök ilə qarışdırılmış yumurta sarısı çəkirik və küncüt və ya çörək otu səpirik.

9. Kökələri isti sobada 15 dəq. ərzində 180 dərəcədə altı qızaranadək bişiririk. Son 5 dəq. sobanızın üst bişiricisini də yandırıb kökələrin üzərini qızardın.

10. Hazır kökələri soyudub keramik və ya alüminium qablarda saxlamaq olar.