Ərzaqlar

Toyuq

1 kq

Zeytun yağı

2 x.q

Duz

1 ç.q

İstiot

1 ç.q

Kəkliotu

1 ç.q

Soğan

1

orta

Kök

1

orta

Kərəviz

1

Qırmızı çaxır

200 ml

Kəmşirin

Dəfnə yarpağı

1

Soy sousu

1 ç.q

Kərə yağı

3 ç.q

Limon şirəsi

2 x.q

Hazırlanma qaydası:

1. Sobanı 200 dərəcə isidib, odu orta səviyyədə tənzimləyin. İti mətbəx qayçısı ilə toyuğun onurğasını çıxardın və 2 sm uzunluğu olan dilimlərə bölün. Toyuğun üzərinə 1 x.q qaşığı bitki yağı çəkin, duz və istiot vurun.

2. Toyuqu bel hissəsindən ayırın və döşü yuxarı soba üçün setkanın üzərinə yerləşdirin. Altına soba listi qoyub, üzərini folqa ilə örtün. 150 dərəcədə 90 dəq. bişirin. Sonda əgər sobanızda gril funksiyası varsa toyuqu 5-10 dəqiqə grildə qızardın. 

3. Kiçik qazana 1 x.q qaşığı yağ əlavə edib, toyuğun doğranılmış onurğasını 3 dəq ərzində qızılı rəngədək bişirin. Xırda doğranmış soğan, kök və kərəvizi də qazancaya əlavə edib 3 dəq qızardın. Dəfnə yarpağı, qırmızı çaxır və 1 stəkan su əlavə edib 20 dəq. orta odda bişirin.  Qazançanın tərkibini süzün və alınan məhlulu qazana qaytarın. Soy sousu, ədviyyat və  kərə yağı əlavə edib qarışdırın. Sous hazırdır. 

4. Toyuqu sobadan çıxarıb 5-10 saxlayın. Daha sonra doğrayıb sousla birgə süfrəyə verin.