Ərzaqlar

Çörək

1 dilim

köhnəlmiş

Qarğıdalı yağı

50 ml

Toyuq filesi

150 q

Pomidor

1 ədəd

orta ölçüdə

Qırmızı soğan

1 ədəd

kiçik ölçüdə

Salat

100 q

Romen və ya aysberq

Xıyar

1 ədəd

orta ölçüdə

Sous üçün

Zeytun yağı

2 x.q

Balzamik sirkə

1 x.q

Limon şirəsi

1 ç.q

1. İlk öncə salat üçün krutonları (suxari) hazırlamaq lazımdır. Bunun üçün sobanı 160 dərəcə isidin. Çörəyi 1x1 ölçülü kublara doğrayın və 20-25 dəq. ərzində sobada qurudun.

2. Tavada qarğıdalı yağını isidin və toyuq filesini tam bişənədək qızardın. Duzlayıb istiotlayın. Fileni soyudun.

3. Sous üçün zeytun yağı, balzamik sirkə və limon şirəsini qarışdırın. 

4.Pomidorları dilim-dilim, salatı iri hissələrə, soğanı isə halqa-halqa doğrayın. Xıyarı uzununa nazik doğrayın. Salatı servis edəcəyiniz boşqaba toyuğu, salatı, pomidoru və soğanı lay-lay yığın.  Xıyarı salatın ətrafına düzün, krutonları isə salatın üzərinə yerləşdirin. Sousu salatın üzərinə qəzdirib masaya vermək olar. 

Nüş olsun!