Ərzaqlar

Kərə yağı

115 q

Əridilmiş və soyudulmuş

Yumurta

1 Ədəd

böyük

Qəhvəyi şəkər tozu

100 q

Şəkər kirşanı

100 q

Vanil

2 ç.q

Un

190 q

Qabartma tozu

1/2 ç.q

Südlü şokolad damcıları

200 q

Krem üçün

Kərə yağı

100 q

Qara şokolad

70 q

Kakao

50 q

Şəkər kirşanı

150 q

Qəhvə

1 ç.q

Həll olunan

Sobanı 180 dərəcə qızdırın.  Maffinləri hazırlayacağınız formaları yağlayın.

Əridilmiş yağı iri qaba tökün, yumurta, şəkər tozu, kakao və vanil əlavə edib qarışdırın. Un və qabartma tozunu qatıb yumşaq xəmir alınana kimi qarışdırın. Sonda şokolad damcılarını əlavə edin. 

Kapkeyk formalarını 2/3 hissəsini xəmir ilə doldurun. 10 dəq ərzində sobada bişirin.

Hazır kapkeykləri 20 dəq formada saxlayın daha sonra çıxarın. 

Krem üçün otaq temperaturunda olan yumşalmış kərə yağını mikserlə 5 dəqiqə çırpın. Yağa kakao və şəkər kirşanını 3 mərhələdə əlavə edin və hər dəfə məhlulu yaxşıca çırpın.  

Şokoladı mikrodalğalı sobada və ya su hamamında əridin. Yağı tam çalandan sonra şokoladı və qəhvəni əlavə edin və sonuncu dəfə yaxşıca çalın. Krem hazırdır! Kremi xüsusi ucluqlu torabaya yığıb kapkeyklərin üzərini bəzəyin. Bəzək üçün şəkərli muncuqlardan da istifadə etmək olar.