Ərzaqlar

Kərə yağı

150 q

Marqarin ilə əvəz etmək olar

Şəkər tozu

200 q

Yumurta

1 ədəd

Vanil

1/2 ç.q

Un

125 q

Qabartma tozu

1 ç.q

Qara şokolad

100 q

Herkules

200 q

Duz

1/2 ç.q

HAZIRLANMA QAYDASI

1. Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. Sobanın listini bişirmə kağızı ilə örtün.

2.  Yumşaq yağı şəkər tozu ilə çırpın.Yumurta əlavə edib birdə qarışdırın.

3. Başqa bir qabda bütün quru ərzaqları (un, qabartma, üyüdülmüş herkulesi,vanil və duzu). qarışdırın və yağlı məhlula əlavə edin. Zövqə görə 1 ç.q kakao əlavə edə bilərsiniz. Üzərinə xırda doğranmış şokoladı əlavə edib yumşaq xəmir yoğurun.

4.  Xəmiri listə çay qaşığı ilə əlavə edin. 1 çay qaşığı – 1 peçenye deməkdir. Peçenyeləri əlinizlə yastılaşdırın.

7.  Peçenyeni sobaya 15-25 dəq ərzində qıraqları qızaranacan bişirin. Peçenyeni sobadan çıxardıb soyudun – bu zaman onlar bərkiyəcəklər. Yalnız bundan sonra onları listdən çıxartmaq olar.

Zövgünüzə görə xəmirə qoz ləpəsi, üzüm və ya istənilən quru meyvə əlavə edə bilərsiniz. Əgər çox şirin peçenye sevmirsinizsə şəkər tozunun miqdarını azalda bilərsiniz.