Ərzaqlar

Toyuq qanadı

20 ədəd

Sous üçün

Sarımsaq

8 diş

Bal

2 x.q

Xardal

2 x.q

Balzamik sirkə

2 x.q

Limon şirəsi

1 x.q

Zeytun yağı

1/4 stəkan

Duz

2 ç.q

Qara istiot

1 ç.q

1. Toyuq qanadlarını yuyun, dırnaqlarını kəsin və hər qanadı ortadan bölün.

2. İri qabda sous üçün bütün ərzaqları tam həll olunana kimi qarışdırın və qanadları həmin sousun içinə qoyun. Qarışdırın və 2-4 saat soyuducuda saxlayın.

3. Sobanı 180 dərəcə qızdırın. Soba listinin dibinə folqa sərin və üzərinə qanadları düzün. Listin üzərini də folqa ilə bağlayıb sobada 20-25 dəq ərzində bişirin. Sobanızın qril funksiyası varsa son 5 dəq ərzində bu funksiyadan istifadə edə bilərsiniz.