Porsiyaların sayı: 3; hazırlama vaxtı: 20 dəqiqə; mürəkkəblik: asan.

Tələb olunan ərzaqlar:

  • 350 qram qızılbalıq filesi
  • 2 xörək qaşığı əridilmiş yağ
  • 3 diş təmizlənmiş sarımsaq
  • 1 xörək qaşığı xırda doğranılmış cəfəri
  • 1/8 çay qaşığı duz
  • 1 çimdik qara istiot
  • 1 çay qaşığı limon suyu
  • 3 ədəd yumru qara istiot
  • 1 ədəd limon

Hazırlanma qaydası:

Sobanı əvvəldən 400 dərəcədə isidin.

Ərimiş yağı, sarımsaqı, cəfərini, duzu, qara istiotu və limon suyunu bir qaba qoyaraq, qarışdırın.

Sobanın listinin üzərinə bişirmə kağızı sərin. Qızılbalığı iki yerə bölərək, kağızın üstünə yerləşdirin. Göyərtili qarışıqı balığın üzərinə və qıraqlarına sürtün.

Sobada 12 dəqiqə bişirin. Süfrəyə doğranılmış limonla verin.