Xəmir üçün:


640 q un (əla növ)
1 ç.q quru maya
1 ç.q duz
2 x.q şəkər tozu
310 ml su (otaq temperaturunda)
1 ədər iri toyuq yumurtası
70 q yumşaq kərə yağı

Pirojkilərin üzərinə sürtmək üçün:
1 ədəd toyuq yumurtası
1 ç.q qaymaq

Hazırlama qaydası:


Mayanı ilıq suda şəkər tozu ilə birqə həll edin. Məhlulu iri qaba tökün və bir çırpılmış yumurta əlavə edin. Üzərinə ələkdən keçirilmiş un və duz tokün və qarışdırın. Un su ilə qarışandan  sonra yumşaq kərə yağını xəmirə əlavə edin və yoğurmağa başlayın. Xəmir 10-15 dəqiqəyə yoğrulur. Xəmir azca ələ yapışır, ona un qatmaq istəsəzdə bunu etmək lazım deyil. Hazır xəmiri bitki yağı ilə yağlanmış qaba qoyun və 2,5 saat saxlayın. Bu zaman ərzində xəmiri bir iki dəfə qarışdırmaq lazımdır.

Sobaya göndərməmişdən əvvəl pirojkilərin üzərinə qaymaqla çalınmış yumurta sürtün. Sobadan asılı olaraq 200 dərəcədə 18-20 dəq bişməlidir.  Hazır pirojkilərin üzərinə kərə yağı çəkib soyudun.

25 26

 

https://www.youtube.com/watch?v=aT_L_ZnRHo0

Pirojkiləri içliyi kimi istənilən ərzaqlardan istifadə edə bilərsiniz. Mən kartoflu içlik etdim.

Resept:

1 kq kartof

yarım dəstə şüyüt

kərə yağı

100 ml qaymaq

duz, istiot

Hazırlanması

Kartofun qabığını soyub, yuyub suda bişirin. Əzin və yağ, qaymaq, doğranılmış süyüt, duz və istiot əlavə edib qarışdırın.. Zövqə görə qızardılmış soğanda əlavə edə bilərsiniz.
19 20