Fransızsayağı ət - istənilən ət, kartof, soğan və pendir laylarından ibarət isti yeməkdir.  Orijinal resept Fransada tərtib olunub və mal əti, kartof, soğan, göbələk və xüsusi sous və pendirdən ibarət olub. Vaxt keçdikcə bu yeməyin tərkibi dəyişib və daha da asanlaşıb. 

İndi bu yeməyin bir çox resepti var, amma biz ən sadəsini və populyarını seçmişik. 

Ərzaqlar

Mal əti

1 kq

Soğan

1 ədəd

Kartof

1 kq

Sərt pendir növü

200 q

Mayonez

150 q

Bastırma üçün:

Sarımsaq

3 diş

Bitki yağı

3 x.q

Duz

1 ç.q

Üyüdülmüş qara istiot

1/2 ç.q

Şirin paprika

1 ç.q

1. Əti yuyun, nazik nazik doğrayın və qida plyonkası ilə örtüb döyün.  Yeməyi hazırlayacağınız soba formasına bitki yağını, əzilmiş sarımsağı, duz, istiot və şirin paprikanı töküb qarışdırın. Əti həmin formaya qoyun və qarışdırın. Bastırmanı azı bir saat ərzində soyuducuda saxlayın. 

2. Bu vaxt kartofun və soğanın qabığını soyun və incə-incə halqa formasında doğrayın. Bastımanı soyuducudan çıxarın üzərinə soğanı əlavə edib, mayonez çəkin. Üzərinə kartofu düzüb, daha bir lay mayonez çəkin. Sonuncu lay rəndələnmiş pendir olmalıdır. Zövqə görə pendirin üzərinə də mayonez çəkmək olar. 

3. Yeməyi 180 dərəcədə 1 saat ərzində sobada bişirin. Hazır olub-olmamasını öyrənmək üçün kartofu yoxlayın - əgər yumşaqdırsa yeməyi sobadan çıxara bilərsiniz. 

4. Fransızsayağı əti isti-isti porsiyalara doğrayın, üzərinə xırdalanmış təzə göyərti töküb süfrəyə verin.