• Kəsmik 400 q
  • Yumurta 1 ədəd
  • Un 30 q
  • Xama 30 q
  • Şəkər tozu 50 q
  • Vanil 5 q
  • Bir çimdik duz 
  • Şəkər kirşanı zövqə görə 
  • Bitki yağı 1 stakan

Hazırlanması:

  1. Sobanı 160 dərəcə isidin. Kəsmiyi aş süzəndən keçirin və yaxşıca qarışdırın.
  2. Kəsmiyə yumurta, xama, şəkər tozu, vanil və duzu qatıb qarışdırın. Sonda un əlavə edin və yenə yaxşıca qarışdırın. Hazır xəmiri 5-10 dəq saxlayın ki özünü tutsun. 
  3. İki xorək qaşığı vasitəsi ilə balaca kündə düzəldin. Tavada bitki yağını isidib orta odda sırnikləri qızılı rəng alana kimi hər iki tərəfdən qızardın. Daha sonra sobada 5-10 ərzində bişirin. 
  4. Sırniklərin üzərinə şəkər kirşanı tökün və masaya verin.