Şəkinin pitisindən savayı bu bölgənin bir sıra ləzzətli təamları var. Onlardan biri Şəki çığırtmasıdır. Çığırtma üçün adətən təzə kəsilmiş kənd çolpasından istifadə olunur. Amma şəhər şəraitində broyler toyuqdan istifadə oluna bilər.
Ərzaqlar
Çığırtma üçün
Toyuq
1-1,5 kq
Soğan
1 baş
Duz
1 ç.q
Qara istiot
1/2 ç.q
Su
1 litr
Yumurta
4 ədəd
Duz
1 ç.q
Qara istiot
1/2 ç.q
Sarıkök
1 ç.q
Limon duzu
1/2 ç.q
Plov üçün:
Uzun düyü
2 stəkan
Su
2 litr
Duz
2 x.q
Zəfəran
5 q
Kərə yağı
100 q
Qazmaq üçün
Yumurta
1 ədəd
Xama
1 x.q
Duru yağ
3 x.q
Un
0/5 stəkan
Duz
1 ç.q
HAZIRLANMASI
Toyuğu doğrayıb soğan, duz, istiotla birgə suda bişirmək. Bulyonun kəfini almaq. Toyuqu bulyonda çıxarıb bulyonu süzmək. Tavada kərə yağını əridib 4 yumurtanın qayğanağını bişirmək. Qayqanağı paxlava şəklində doğramaq.
Bişmiş toyuqu tavada qızılı rəngədək qızardıb üzərinə qayqanağı qoymaq. Bulyona duz, istiot, sarıkök və limon duzunu əlavə edib qarışdırmaq. Alınan sousu toyuq və qayqanağın üzərinə əlavə edin və 5 dəq tavada qapağın altında qovurun.
Aşı adi qaydada düyünü duzlu suda bişirərək süzün. Qazmaq üçün 1 yumurta, xama, duru yağ, duz və unu qarışdırıb xəmir yoğurun. 15 dəq saxladıqdan sonra qazanın dibinə yayın və üzərinə aşı tökün. Aşa yağ və sarıkök vurub 40 dəq dəmə qoyun.
Hazır aşı buluda çəkib yanında çığırtma ilə masaya verin.