Ərzaqlar

Maya

Süd

0,5 Stəkan

Un

1 ç.q

Quru maya

¼ ç.q.

Xəmir:

Un

300 q. un

Duz

1 ç.q.

Əridilmiş kərə yağı

125 q.

Yumurta

1 ədəd

Xama

1 x.q.

İçlik:

Fındıq

300 q

Şəkər tozu

260 q

Hil

1 ç.q.

HAZIRLANMA QAYDASI

Yarım stəkan ilıq südə un, şəkər tozu və quru maya qatıb qarışdırırıq. Məhlulu 10 dəg. isti yerdə saxlamaq.

Böyük qaba mayalı məhlulu, yağı, yumurtanı, xamanı, duzu tökmək və qarışdırmaq. Üzərinə unu ələyib əvvəlcə qaşıqla qarışdırmaq daha sonra əllə yumşaq xəmir yoğurmaq. Xəmir 1 saat acımalıdır.

Gəlmiş xəmiri unlanmış taxtanın üzərinə qoyub 4 hissəyə bölmək.  Hissələri kündələyib hər kündəni 6 yerə bölüb kiçik kündələr formalaşdırmaq lazımdır. 24 kündə alınmalıdır. 

Kündəni yayıb içərisinə 2 ç.q. iç qoyub büküb qırağlarını burmaq lazımdır. (bunu etmək üçn bir az ustalıq lazımdır. Mənim buruqlarım gəşənq alınmır bəlkə uzun dırnaqlı xanımlarda daha yaxşı alınar.. Amma dırnaqlarınız uzundursa çətin ki şəkərbura bişirəsiz.. Nəyisə.. )

Bükülmüş şəkərburaların üzərinə naxış vururlar. Bunu xüsusi maqqaş vasitəsi ilə etmək lazımdır. Bəzənilən şəkərburanın üstü quru olmamalıdır yoxsa üzərində ağ çattaqlar əmələ gələ bilər. Şəkərburalara naxışı istədiyiniz şəkildə vura bilərsiniz. Hətda yazı yaza bilərsiniz. Ənənəvi bəzək isə ziq-zaqvari olur. Son vaxtlar bəzi xanımlar şəkərburanın üzərini bəzəmək üçün şəkərli muncuqlardan istifadə edir. Bu da çox gözəl görsənir. Naxışlanan şəkərburanı azı 40 dəq. sərin yerdə saxlamaq lazımdır ki üstü qurusun və naxışlar bərkisin. Əks halda isti sobaya qoyulan şəkərburaların bəzəyi əriyib itə bilər.  Zəhmətiniz heç olmasın deyə mütləq şəkərburanı qururdun.

40 dəq. sonra şəkərburanı 170 C dərəcədə qızdırılmış sobaya qoyun. Şəkərbura altı qızaran kimi hazır olur.

10-15 dəqiqədən sonra altı qızaran şəkərburanı sobadan çıxarın və soyudub masaya verə bilərsiniz!