Şəkər çörək Azərbaycan mətbəxinə aid şirniyyatdır. Adətən şəkər çörəyi Novruz bayramında hazırlayırlar. Bu asan hazırlanan şirniyyatın dadı qonaqlarınızın damağında qalacaq.

Ərzaqlar

Yumurta

1 ədəd

Şəkər tozu

1 stəkan

Un

2 stəkan

Duz

1/2 ç.q

Əridilmiş kərə yağı

1 stəkan

Vanil cövhəri

1 ç.q 

Hil

1 ç.q

Yumurta sarısı

1 ədəd

Sarıkök

1/2 ç.q

Yunurtanın ağını sarısından ayırın. Ağı 0.5 stəkan şəkər tozu ilə bərk köpük alınana gədər çalın. Yumurtanın sarısını isə 0.5 stəkan şəkər tozu ilə ağarana kimi çalın.Vanil cövhəri tokün və qarışdırın. Vanil cövhərini vanil tozu ilə əvəz etmək olar.

Un iri qaba ələyin duz və hil qatıb qarışdırın. Çalınmış yumurta ağı, sarısı və əridilmiş yağı da una əlavə edib xəmir yoğurun.. Xəmir kifayət gədər yumşaq və yağlı olmalıdır.

Xəmirdən kiçik kündələr düzəldin, yağlanmış perqament kağızının üzərinə düzün və əlinizlə yastılayıb yarımkürə formasına salın. İdealda yarımkürələrin diametri 6 sm olmalıdır. Şəkərçorəklərin mərkəzində barmağınızla kiçik çuxur yaradın və içərisinə yumurta sarısı və sarıkök qarışımını əlavə edin.

Şəkərçörəkləri 160 dərəcə isidilmiş sobada 25 dəqiqə bişirin. Bişmiş şəkərçörəyin üzəri ağ, altı qırmızı olmalıdır.