Ərzaqlar

Plov üçün

Uzun düyü

3 Stəkan

Lavaş

10 ədəd

Duz

1 x.q

Zəfəran dəmi

50 ml

Kərə yağı

100 q

Qovurma üçün

Qoyun əti

200 q

Kərə yağı

50 ml

Soğan

1 ədəd

Qayısı

100 q

Şabalıd

100 q

Kişmiş

100 ç.q

Duz

1 ç.q

İstiot

1/2 ç.q

Sarıkök

1/2 ç.q

HAZIRLANMASI

1. Kərə yağını tavada isidin və xırda doğranmış soğanı qızılı rəng alana kimi qızardın. Doğranmış qoyun ətini tava əlavə edib bir az pörtlədib qapağını örtün və 20 dəq bişirin. Qayısı və kişmişin üzərinə qaynar su tökün və 5 saxlayın. Quru meyvələrin suyunu süzüb ətə əlavə edin. Sonda qabığı soyulmuş şabalıdı əlavə edin. daha 10 dəq bişirin, duz, istiot və zövqə görə şəkər tozu əlavə edin. 

2. 5 litrlik qazanda suyu qaynadıb duz əlavə edin. Düyünü yuyub suyunu süzün və qaynayan qazana əlavə edin. Orta odda 10-15 qaynadın. Düyü 80% bişən kimi süzün. 

3. Çox dərin olmayan qazanı və ya soba formasını bitki yağı ilə tam yağlayın – dibini və qıraqlarını. Dibinə üst-üstə 2 lavaş qoyun, qalan lavaşları qazanın qırağlarına düzün. Lavaşlar alt lavaşların qırağını və qazanın qıraqlarını örtməlidir. Daha sonra qazana düzülən lavaşların üstündən dibinə yenidən lavaş qoyun.

4. Lavaşla tam örtülən qazana bir az düyü tökün və zəfəran dəmini töküb qarışdırın. Bu onun üçün lazımdır ki, şah plovu kəsəndə üstü sarı olsun. Bir azda düyü töküb üzərinə qovurmanı yerləşdirin. Qovurmanın üzərinə qalan düyünü tökün və əridilmiş yağ qatın. Yağın gədərini damağınıza görə uyğunlaşdıra bilərsiz. Plovun üstünü lavaşla örtüb 150 dərəcə qızdırılmış sobada 40 dəq dəmə qoyun.