Ərzaqlar

Toyuq üçün

Toyuq

1,5 - 1,8 kq

Hisə verilmiş paprika

2 ç.q

Duz

1/2 ç.q

İstiot

1/2 ç.q

Zeytun yağı

2 x.q

Portağal şirəsi

¼ fincan

təzə sıxılmış

Sarımsaq

8 diş

(orta)

Romesko üçün:

Rəndələnmiş badam

3 x.q

(qızardılmış)

Fındıq

7 Ədəd

Qızardılmış və qabığı soyulmuş

Çörək

1 dilim

(köhnə, bərkimiş)

Qurudulmuş qırmızı bibər

1/2 fincan

qızardılmış

Qurudulmuş pomidor qızartması

1 1/4 fincan

Şərab sirkəsi

1/4 fincan

Qırmızı pul bibər

1/4 ç.q

Zeytun yağı

1/2 fincan

Soğan üçün:

Göy soğan

1 dəstə

doğranılmış

Zeytun yağı

2 ç.q

Hazırlanma qaydası: 

  1. Sobanı 190°С qızdırın. Toyuğu yuyun və qurulayın və soba listinə və ya quş qızardılması üçün nəzərdə tutulan xüsusi qurğunun üzərinə yerləşdirin.  Toyuğun qanadlarını belinə tərəf qatdalayın.
  2. Kiçik qabda paprika, duz və istiotu qarışdırın. Toyuğun üzərinə portağal şirəsi və zeytun yağı qarışımını çəkin,  ədviyyatları əlavə edin. Sarımsağı qabın dibinə yerləşdirin. Положите чеснок на дно противня.
  3. Toyuğu 1,5-2 saat ərzində sobada bişirin, mütəmadi olaraq alınan şirəni üzərinə tökün.  Sarımsaq yumşaq olan kimi onu sobadan çıxardın ( təxminən 30 dəqiqədən sonra).
  4. Toyuq sobada olarkən Romesko sousunu hazırlayın – bunun üçün zeytun yağından başqa sousun bütün ərzaqlarını blenderdə xırdalayın. Məhlul pürə halına gəldikdə zeytun yağını əlavə edin və bir daha qarışdırın. Dadınıza uyğun duzlayın və istiotlayın.  
  5. Toyuğu sobadan çıxarın və üzərini folqa ilə örtüb bir az saxlayın. Eyni zamanda qrili və ya qril tavanı isidin.  Soğanı zeytun yağı ilə qarışdırın və hər iki tərəfini 2-3 dəq qızardın.  Dadınıza uyğun duzlayın və istiotlayın.  
  6. Toyuğu iri dərin qaba qoyun və qızardılmış soğan və Romesko sousu ilə masaya verin.