Bu həftə Ramazanın fətvası verildi və bu da o deməkdir ki, mayın 27-dən etibarən müsəlmanlar oruc tutmağa başlayacaqlar. Sözsuz ki, bu müqəddəs ayın əsasını qida təşkil edir. Məhz qida ilə müsəlmanlar bir ay ərzində sınağa çəkiləcəklər. Evin xanımları bu günlərdə xüsusi ilə menünu fikirləşməlidirlər tutumlu və yüksək qida  dəyərinə malik yeməklərə üstünlük verilir.

Iftar süfrəsi
Iftar süfrəsi

Oruc tutan insanlar təqribən 13 -14 saat aclıqla üz-üzə qalırlar. Bu aclıq müddətində qanda şəkərin səviyyəsi aşağı düşür. Əgər insan imsak vaxtı da durmursa bu şəkərin həddindən artıq düşməsinə səbəb ola bilər. Ona görə də məhdud qidalanmanı nəzərə alaraq qanda şəkərin səviyyəsini normada saxlamaq üçün imsak və iftarda  yeyilənlərə xüsusi fikir verilməlidir. Üstünlük o yeməklərə verilməlidir ki, onlar uzun müddət mədədə qalaraq qanda şəkərin səviyyəsinin kəskin dəyişməsinə imkan verməyəcək. Çəkilmiş və ya döyülmüş ət və tərəvəz yeməkləri, tərəvəzli şorbalar və kəpəkli çörək, az duzlu pendir, meyvə və su bu ərzaqlar Ramazan menyusunun əsasını təşkil etməlidir. İmsakda duzlu və ədviyyatlı yemək yeyilməməlidir, kifayət qədər su içilməlidir.

Su
Su

Adətən iftara bir çox insanlar delikates ərzaqlara - kolbasa və makaron məhsullarına, xəmir xorəklərinə və şirniyyata üstünlük verirlər. Bu əlbətdəki kökəlməyə gətirib çıxarır. Çəkinin artması təzyiq və piylənməyə səbəb ola bilər. Bundan əlavə sosiska, bekon və analoji ərzaqlarda doymuş yağların miqdarı çox olduğundan onlarda risk qrupuna daxildir.

İftara su, şorba, pendir, zeytun, xurma və ya qayısı ile başlanılmalıdır. Birinci yemək kimi ilıq şorba ən ideal variantdır. Həzm etmə ilə problemləri olanlara şorbaa ilə birgə kəpəkli çörək yemək tövsiyyə olunur.

Yeməkdən sonra desert üçün seçdiklərinizin xəmirli və qızardılmış olmamasına dəqqət edin.

Şorba
Şorba

Oruc arıqlamaq üçün üsul deyil

Oruc tutmaq sağlam insanlar üçündür. Arıqlamaq üsulu deyil. Hərəkət azlığı metabolizmin zəifləməsi arıqlamağı çətinləşdirir. Artıq çəki problemi olan insanlar orucluğa diyet kimi baxmamalıdır. Gün boyu ac qalmaq metabolizmi zəiflədir və nəticədə qəbul edilən qidanın piyə çevrilməsi asanlaşır. Ramazanda insanlar hərəkətsiz olmağa üstünlük verirlər. Buna görə də Ramazanda kifayət gədər və lazımi yeməkləri yeməyənlər bir az da kökələ bilərlər.

İftar və imsak üçün təqribi menyu:

İmsak

2 dilim covdar və ya tam buğda çörəyi  və ya 2 ovuc boyda lavaş

1 dilim az yağlı, az duzlu pendir və ya yumurta

pomidor-kahı-cəfəri-bibər

3 qayısı və ya meyvə

1 kasa dənli, tərəvəzli şorba və ya bir boşqab tərəvəzli yemək

2 -3 stəkan su

Bəzi günlerdə sadəcə 1 stəkan makaron pendir və ya qatıqla yeyilə bilər. Kahı, xıyar və pomidor yaxşı əlavə ola bilər.

Ən əsası 2 -3 stəkan su içmək unudulmamalıdır.

İftar və imsak üçün təqribi menyu:

İmsak

2 dilim covdar və ya tam buğda çörəyi  və ya 2 ovuc boyda lavaş

1 dilim az yağlı, az duzlu pendir və ya yumurta

pomidor-kahı-cəfəri-bibər

3 qayısı və ya meyvə

1 kasa dənli, tərəvəzli şorba və ya bir boşqab tərəvəzli yemək

2 -3 stəkan su

Bəzi günlerdə sadəcə 1 stəkan makaron pendir və ya qatıqla yeyilə bilər. Kahı, xıyar və pomidor yaxşı əlavə ola bilər.

Ən əsası 2-3 stəkan su içmək unudulmamalıdır.

Xurma
Xurma

İftar

Çoxlu su

1 xurma və ya

2 qayısı

2 -3 zeytun və ya 2-3 ədəd qoz

1 dilim az duzlu pendir

1 kasa şorba

1 lavaş

Kahı (1 çay qaşığı zeytun yağı ile)

1 boşqab ət və ya toyuqlu tərəvəz yeməyi və ya tərəvəz qarnirli balığ.

2 dilim çörək və ya plov- makaron (əgər yeməkdən sonra şirniyyat yeyiləcəksə pl0v və makaron yeyilməsi arzuolunmazdır.)

Ara yeməyi (Saat 21.00 -22.00 arası)

1 stəkan süd ve ya yoqurt

Meyvə

Çoxlu su

Həftədə 2 dəfə ara yeməyi yerinə şirniyyat yeyilə bilər.

Südlü desert
Südlü desert

Ramazanda artıq çəki almamaq üçün nə etməli? 

Mütləq imsaka durun

Səhər yeməyini aram-aram mütləq yaxşıca çeynəyərək yeyin. Çiy tərəvəz, pomidor, xıyar kimi tərkibi sulu olan tərəvəzlərə üstünlük verin. İftarda orucunuzu yüngül bir yeməklə açın. Tərəvəzlərə üstünlük verin, ağır şirniyyatlardan qaçın.

Çoxlu su için

İftardan sonra daha iki ara yeməyə yer verin - meyvə və yoqurt yeyin. Şirniyyatı həftədə iki dəfədən çox yeməyin və yağlı desertlərdən uzaq durun.

İftardan iki saat sonra asta templə yeriməyə çalışın.