TƏLƏB OLUNAN ƏRZAQLAR:

  • Quşüzümü — 200 q

  • qırmızı soğan — 2 baş

  • alma — 1 əd.

  • sarımsaq — 3 diş

  • zəncəfil kökü — 3 sm

  • bitki yağı — 3 x. q.

  • şəkər tozu və duz — zövgə görə

  • soyuq su — 1/2 stəkan






 

HAZIRLANMA QAYDASI:

  • Almanı soymaq, tumlarını təmizləmək və xırda kub şəklində doğramaq. Soğanı, sarımsağı və zəncəfili xırda doğramaq.

  • Qazançada bitki yağını qızdırmaq, soğanı qızartmaq və sarımsağı, zəncəfili və almanı əlavə edərək daha 5 dəg bişirmək.

  • Quşüzümünü və suyu əlavə edib yüksək odda sousu qatılaşanacan 10 dəg. ərzində qaynadın.

  • Sousa zövgə görə duz və şəkər tozu qatın.