Tələb olunan ərzaqlar:

  •  2-3 kq toyuq qanadları
  • 50-70 q soy sousu
  • 100 q tomat şirəsi
  • 1 x.q. tomat pastası
  • 2 ç.q. ketçup
  • 1 limon
  • 2 diş sarımsaq
  • Duz, istiot, paprika

Hazırlanma qaydası: 

Toyuq qanadlarını duzlamaq, istiotlamaq və paprika vurmaq. Üzərinə limon suyu, soy sousu, tomat şirəsi, tomat pastası və ketçupla sarımsağı əlavə edib qarışdırmaq

Toyuq qanadlarını bir sutka ərzində soyuducuda saxlamaq. (Vaxt azdırsa azı 3 saat ərzində saxlamaq olar.)

Marinə edilmiş qanadları soba listinə düzmək və 180 dərəcə hərarətdə 35 dəg. ərzində üzəri qızaranadək bişirmək lazımdır.

Hazır qanadları istənilən sousla süfrəyə vermək olar.