Ərzaqlar

Xəmir üçün

Su

500 ml

Maya

50 q

Şəkər tozu

2 x.q

Un

5 Stəkan

Bitki yağı

2 x.q

Duz

1 ç.q

İçlik

Kartof

1 kq

Kərə yağı

100 q

Qaymaq

100 ml

Soğan

2 Ədəd

Göy soğan

1 dəstə

Duz

1 ç.q

İstiot

1/2 ç.q

Hazırlanma qaydası:

1. İlıq suda mayanı əritmək, şəkər tozunu, duz, yağ və unu əlavə etmək. Xəmiri yoğurmaq. Xəmir bir az ələ yapışan olmalıdır. Xəmiri 2 saat ərzində qəlməyə qoyun.

2.Xəmir qələnədək içliyi hazırlayırıq. Bu xəmirdən istənilən içlikli pirojki hazırlamaq olar. Kartof içliyi belə düzəldilir: 1 kq kartof soyulur, yuyulur və suda bişirilir. Bişmiş kartofun suyu süzülür və əzilir. İçliyə kərə yağı, qaymaq, qızardılmış soğan, göy soğan, duz və istiot qatılıb qarışdırılır.

3.Xəmir gəldi. Onu 4 yerə bölürük və kündələyirik. Kündələri yayıb stakan və ya digər forma ilə daitrəvi şəkildə kəsirik. Hər dairəyə bir qaşıq içliq qoyuruq və pirojkiləri formalaşdırırıq.

4.Pirojkini bitki yağında qızartmaq lazımdır. Dərin teflon qazana 0,5 bitki yağı tökürük və qızdırırıq.  Pirojkiləri hər iki tərəfdən qızardırıq.

Süfrəyə qızardılmış pirojki istənilən sousla verilə bilər. Pirojki ilə yeyilən ən populyar souslar min ada və ketçupdur.