Ərzaqlar
Un
310 q
Kakao
16 q
2 x.q
Qabartma tozu
5 q
1 ç.q
Duz
5 q
1 ç.q
Kərə yağı
120 q
Şəkər tozu
300 q
Yumurta
2 ədəd
Bitki yağı
220 ml
1 stəkan
Alma sirkəsi
1 x.q
Vanil tozu
10 q
2 ç.q
Süd
240 ml
Qırmızı qida boyası
15-30 q
Bişirilmiş krem üçün
Süd
500 ml
Qarğıdalı nişastası
3 x.q
Kərə yağı
400 q
Şəkər tozu
400 q
1. Sobanı 180 dərəcə isidin. 23 sm diametri olan iki ədəd soba formasını yağlayın və unlayın.
2. İri qabda un, kakao, qabartma tozu və duzu qarışdırın.
3. Digər qabdad otaq temperaturunda olan kərə yağını şəkər tozu ilə çalın. Yumurtaları əlavə edib çalmağa davam edin. Sirkə, bitki yağı, vanil tozu və südü qatıb qarışdırın. Unlu qarışımı nəm ərzaqlara əlavə edin və mikserlə tam həll olunana kimi çalın.
4. Xəmirə qırmızı boyanı istədiyiniz rəng alınana kimi mərhələli şəkildə əlavə edin. Əgər boya toz şəklindədirsə onu az miqdarda isti su ilə qarışdırmaq olar, əgər boyadan istifadə etmək istəmirsinizsə çuğundur şirəsindən yararlana bilərsiniz.
5. Xəmiri iki hissəyə bölün və formalara yerləşdirin.
6. 30 dəqiqəyə yaxın sobada bişirin. Kekslərin hazır olub-olmamasını kibrit çöpü ilə yoxlayın: əgər keksə batırılan çöp quru çıxırsa xəmir hazırdır.
7. Keksləri sobadan çıxarıb soyudun.
8. Kremi hazırlayın: Südə nişastanı qatıb kiçik odda məhlul qatılaşana kimi qarışdıra-qarışdıra isidin. Qatılaşan südü oddan götürün və soyudun.
9. Yumşalmış kərə yağını şəkər tozu ilə mikser vasitəsi ilə çalın. Çalışın şəkər tozu tam həll olunsun. Yağa bişirilmiş südü qaşıq qaşıq əlavə edin və çalmağa davam edin. Nəticədə yüngül krem alınmalıdır.
10. Kağızdan keksin ölçüsünə uyğun ürək trafareti kəsin. Keksləri üst-üstə qoyub trafaretə görə kəsin. Kəsikləri ayrı bir qabda ovun.
11. Tortun arasını, yanlarını və üzərini kremləyin. Keksin ovuntusu ilə tortun üzərini bəzəyin. Zövqə görə tortun üzərinə qırmızı zər səpə bilərsiniz.
12. Tortu soyuducuda bir həftəyədək saxlamaq mümkündür. Masaya verməmişdən 1 saat qabaq soyuducudan çıxarın və çay və ya qəhvə ilə servis edin.