Xəmir 1: 

  • 200 q. marqarin (kərə yağı) 
  • 2/3 stakan un  

Xəmir 2: 

  • 1 yumurta
  • 1/3 stakan soyuq su
  • 2 stakan un
  • ¼ ç.q. üzüm sirkəsi (limon şirəsi ilə əvəz etmək olar )
  • bir çimdik duz

------------------- 

Stakan – 250 ml.

Hazırlanma qaydası:

1. İlk növbədə  birinci xəmiri hazırlamaq lazımdır. Bunun üçün soyuducudan çıxardığınız bərk yağı (buzlamış yox!) xırda kublara doğrayın, üzərinə un əlavə edib əlinizlə yağı ovuşdurmağa davam edin. Yağ hissəcikləri nə qədər xırda olsa bir o qədər yaxşıdır. Xəmiri yoğurmaq lazmı deyil, sadəcə bir yerə toplayıb, iri şar formasına salmaq kifayətdir. 30 dəq. soyuducuda saxlayın.

2. İkinci xəmir üçün unu iri qaba ələyin. Unu əvvəldən bir az götürün, çünkü xəmir demək olar  ilk andan alınır, əgər lazım olsa un əlavə edə bilərsiniz. Xəmirin bərk olmaması vacibdiк, əks halda xəmir cod olacaq.  Una duz və sirkə qatmaq lazımdır.

Stakanda yumurta və soyuq suyu qarışdırın və una əlavə edib qarışdırın. Tələb olunduqca un əlavə etmək olar.  Yumşaq xəmir yoğurub ona 15 dəq. dincəlməyə vaxt veririk. 

3. İkinci xəmiri qalın dördbucaq şəkilində  yayırıq. Üzərinə birinci xəmiri qoyub zərf şəklində bükürük. Alınan zərfi 1 saat soyuducuda və 30 dəq buzxanada saxlamaq lazmdır. 

Qat-qat xəmirin bükülməsi
Qat-qat xəmirin bükülməsi

Bu proseduru ümumilikdə 3 dəfə təkrarlamaq lazımdır.  

Hazır xəmiri soyuducunun buz dolabında 1-2 dəfə saxlamaq olar.