Ərzaqlar

Toyuq filesi

175 q

Bitki yağı

2  x.q

Yaşıl soğan

1 dəstə

Qırmızı bibər

1   ədəd

kiçik

Sarımsaq

1  diş

Konservləşdirilmiş qarğıdalı

200  q

Toyuq bulyonu

1 litr

Qarğıdalı nişastası

2-3  ç.q 

Pomidor

2  ədəd

Duz

1/2 ç.q

İstiot

1/2 ç.q

Keşniş

1/2 dəstə

1. Toyuq filesini uzunvari doğrayın. Dərin qazanda bitki yağını isidib file dilimlərini 3-4 dəq. ərzində qarışdıraraq qızardın.

2.Xırda doğranılmış yaşıl soğan, şirin bibər və əzilmiş sarımsağı qatıb 2 dəqiqə də qızardın və bulyonu əlavə edin.  5 dəq ərzində qaynadın.

 3. Qarğıdalı nişastasını 2 x.q soyuq su ilə qarışdırıb şorbaya əlavə edin və qatılaşanacan qarışdırın. 

4. Şorbaya doğranılmış pomidor əlavə edib daha 2-3 dəqiqə qaynadın.

5. Şorbanı qaynar-qaynar üzərinə xırda doğranılmış keşniş səpib süfrəyə verin.