Ərzaqlar

Qara ciyər

500 q

Kök

2 ədəd

Orta ölçüdə

Soğan

300 q

Qaynadılmış yumurta

2 ədəd

Duz

1 ç.q

İstiot

0,5

Kərə yağı

250 q

1. Paştet üçün təzə kəsilmiş heyvanın ciyəri istifadə olunur. Adətən onu mal ciyərindən edirlər. 500 q çəkisi olan mal çiyərini üzərindəki plyonkadan təmizləyin və bütov dilim şəkilndə qaynadın. Əgər vaxtınız azdırsa onu 5x5 sm ölçüsü olan kublara doğrayıb bişirə bilərsiniz. Bir çox xanımlar ciyəri bişirməmişdən əvvəl suda və süddə saxlayırlar, amma mən heç vaxt etmirəm və nəticə əla olur həmişə. Ciyəri bişirib soyutmaq lazımdır.

2. Ciyər bişənədək tavada 2 x.q bitki yağını qızdırıb iri yarımhalqa şəklində doğranılmış soğanı qızılı rəngə və tam bişənəcən qızardın. Elə soğanla birgə təmizlənmiş və halqa şəklində doğranılmış kökü də qovura bilərsiniz. Hazır tərəvəzləri soyudun.

3. Bişmiş ciyəri, soğanı və kökü 2 ədə qaynadılmış yumurta və 50 q kərə yağı ilə birgə blenderdə paştet halına salın. Əgər blender yoxdursa ərzaqları ət maşınının xırda gözündən də keçirtmək olar. Paşteti zövqünüzə görə duzlayıb, istiotlayın. Paştet hazırdır. Onu artıq yemək olar. Amma ənənəvi olaraq qara ciyər paşteti rulet halına salınır.  

4. Paştetdən rulet düzəltmək üçün perqament kağızını iş masasının üzərinə sərin. Paşteti 1 sm qalınlığında kağızın üzərinə yayın. Paştetin arasına yağı iki cür vurmaq olar. Bərk halda olan kərə yağını nazik amma iri dilimlərə doğrayın və ciyər qatının üstünə düzün. İkinci üsül - yumşaq kərə yağını paştetin üzərinə çəkin. Ciyərin üzərini yağla örtdükdən sonra onu rulet şəklinə salın (videoda izləyin) və azı 4 saat buzlaqda saxlayın ki, formasını tutsun. 

5. Paşteti masaya verməmişdən yarım saat əvvəl soyuducudan çıxardın və astaca dilimlərə doğrayıb süfrəyə verin.