Ərzaqlar

Un

100 q

Yumurta

2 ədəd

Qabartma tozu

5 q

Süd

50 ml

Qabaq

300 q

Kəklikotu

1 ç.q

qurudulmuş və ya təzə

Bitki yağı

1 x.q

Duz

1/2 ç.q

Qara istiot

1/2 ç.q

1. Un və qabartmanı qarışdırın. Ayrı qabda yumurtaları çalın və una əlavə edib qarışdırın. Xəmirə süd əlavə edib qarışdırmağa davam edin. Xəmir xama kimi qatı olmalıdır.

2. Qabaqların qabığını soyun və rəndələyib xəmirə əlavə edin. Ədviyyatları xəmirə qatıb bir daha qarışdırın.

3. Qalın dibi olan tavada yağı qızdırın və çömçə ilə xəmiri götürüb tavaya əlavə edin. Oladyeləri hər tərəfdən 2-3 dəqiqə qızardın.

4. Hazır oladyeləri xama ilə süfrəyə verin.