Ərzaqlar

Göbələk

400 q

Şampinyon və ya ağ göbələkdən istifadə edə bilərsiniz

Çerri pomidoru

200 q

Qırmızı soğan

1 ədəd

Göy soğan

1 dəstə

Cəfəri

2 x.q

Xırda doğranılmış

Zeytun yağı

2 x.q

Limon şirəsi

1 x.q

Zövqə görə

Duz

1/2 ç.q

Zövqə görə

Qara istiot

1/4 ç.q

Zövqə görə

Hazırlanma qaydası:

Göbələkləri dörd yerə bölün, əgər böyükdürlərsə daha xırda doğrayın.

Soğanı yarım halqa şəklində doğrayın, sarımsağı əzin. Çerri pomidorların iki yerə bölün.

Tavada zeytun yağını qızdırın və soğanla sarımsağı qızardın. Tavaya göbələyi əlavə edib orta odda 5-10 dəq qızartmağa davam edin. Sonda xırda doğranmış göy soğan və çerrini əlavə edib daha 3 dəq. bişirin.  

Hazır salatı boşaqaba qoyun, üzərinə limon şirəsi və cəfəri töküb süfrəyə verin.