Tələb olunan ərzaqlar:

  • 2 stəkan un
  • ½ ç/q duz
  • 1 ç/q. quru maya
  • 2 x/q zeytun yağı
  • 1 stəkan su

Hazırlanma qaydası:

Mayanı ilıq suda qarışdırmaq. Unu ələmək.

Una mayalı su, duz qatıb, xəmir yoğurmaq. Zeytun yağı əlavə etmək.

Daha sonra xəmiri “gəlmək” üçün 1-2 saat isti yerdə saxlamaq. Xəmir təxmini 2 dəfə böyüməlidir.

Xəmir hazırdı. Yayıb, üzərinə içlik düzərək, 10 dəqiqə gözləmək və sonra sobaya yerləşdirmək və ya soyuducuya qoyaraq, pizza bişirənə kimi saxlamaq.