Tələb olunan ərzaqlar:

2 stəkan un

1 stəkan xama

2 x/q şit yağı

2 ədəd yumurta

Hazırlanma qaydası:

Unu ələmək, ondan “dağ” düzəldərək, xamanı əlavə etmək. Daha sonra, üzərinə yumşaldılmış şit yağı, duz, şəkər tozu və yumurtanıda əlavə etmək.

Bərk xəmir yoğurmaq.

Xəmiri yumrulayaraq, 1 saat “özünə gəlmək” üçün saxlamaq.

Xəmir hazırdı. Yayıb, üzərinə içlik düzmək və ya soyuducuya qoyaraq, pizza bişirənə kimi saxlamaq.