Tələb olunan ərzaqlar:

  • 1 stəkan qatıq
  • 2.5 stəkan un
  • 1 ədəd yumurta
  • 1 x/q ətirsiz bitki yağı
  • ½ x/q şəkər tozu
  • ½ ç/q soda
  • 1 çimdik duz

Hazırlanma qaydası:

Unu ələmək, soda və duzla qarışdırmaq.

Yumurtanı biraz çalıb, qatığa əlavə etmək.

Unu yavaş-yavaş qatığa əlavə etmək və qarışdırmaq. Xəmir bərk olmalıdır. Lazım olsa, bir gədər əlavə undan istifadə etmək.

Xəmirə şəkər tozu və bitki yağını əlavə etmək.

Xəmir hazırdı. Yayıb, üzərinə içlik düzmək və ya soyuducuya qoyaraq, pizza bişirənə kimi saxlaya bilərsiniz.