Pizzanı hər kəsin sevdiyini desək, yanılmarıq. Bu ən məşhur ayaqüstü yeməyin müxtəlif novləri var: ətlisindən tutmuş, göbələkli, toyuqlu, rəngarəng tərəvəzliyə gədər. Əlbəttə ki, hamı onu evdə hazırlamağa çalışır. Bu zaman içliklə heş bir problem olmadığı halda, xəmirin hazırlanma sirrlərini bilmək lazımdı.

Əziz xanımlar! Unutmayın ki, pizza bişirmək üçün ən vacib amil – maksimal temperatur və minimal vaxtdır. Məhz buna görədə, onu hazırlayan zaman, qorxmadan, sobanın ən yüksək temperaturunu seçin. Xəmiri ən aşağı rəndədə bişirsəniz daha yaxşı olar – xəmirin alt hissəsi daha tez qızarar.

Ənənəvi olaraq, pizza üçün mayalı xəmirdən istifadə edirlər. Belə xəmirin hazırlanması çox sadədir. Ən əsası düzgün temperaturu seçməkdir. Bundan əlavə, səriştəli aşbazlar bir çox başqa növ xəmirdəndə istifadə edir. Bunlardan ən məşhurlarını Fəsəli sizə təqdim edir.

Resept №1: Qatıqlı xəmir

Qatıqlı pizza xəmiri
Qatıqlı pizza xəmiri

Bu xəmir çox asandı. Sözsüz ki, hər bir xanımın soyuducusunda həmişə qatıq olur.

Dovğa bişirmisiz, və bir az qatıq qalıb? Düşünmədən yaxınlarınızı bir pizza ilə sevindirin

Resept №2: Zeytun yağlı mayalı xəmir

Zeytun yağlı pizza xəmiri
Zeytun yağlı pizza xəmiri

Çoxları deyirki, xəmirin yaxşı alınması üçün, ona mütləq zeytun yağı əlavə etmək lazımdı. Bundan başqa, bu yağ çox faydalıdır.

Resept №3: Xamalı qalın xəmir

Qalın pizza xəmiri
Qalın pizza xəmiri

Əgər zeytun yağının tamı xoşunuza gəlmirsə, onda xamadan istifadə edin.

Resept №4: Azkalorili xəmir

Azkalori pizza üçün xəmir
Azkalori pizza üçün xəmir

Bəli –bəli. Pizza yeyərəkdə forma saxlamaq olar. Necə? Azkalorili xəmirin köməyi ilə. Bu halda, içliyində azkalorili olması vacibdi.

Resept №5: Südlü nazik xəmir

Pizza üçün nazik xəmir
Pizza üçün nazik xəmir

Ənənəvi olaraq, pizzanın xəmiri nazik olmalıdır. Buna nail olmaq üçün isə süd və şit yağından istifadə edin.