Meksikan mətbəxinə aid sous. Çips, suxarı və naçoslar üçün ideal əlavədir. Həmçinin, balıq və pasta ilə də istifadə olunan bu sousu müstəgil qəlyanaltı kimi də təqdim etmək olar. 

Tələb olunan ərzaqlar

  • 2 x.q təmizlənmiş qoz  
  • 2 diş sarımsaq
  • 3 x.q zeytun yağı
  • 100 q reyhan
  • 1/2 limonun şirəsi
  • 50 q parmezan
  • 1/4 ç.q duz

Hazırlanma qaydası

Blender vasitəsi ilə qoz və sarımsağı əzmək, reyhan və limon şirəsini əlavə etmək. Blenderi söndürmədən məhlula zeytun yağı və parmezanı əlavə etmək. Əgər sous çox qatıdırsa, bir az da yağ əlavə etmək olar.