Hamının sevdiyi zərif və dadlı toyuq ətindən ləzzətli pendirli kotletlər hazırlamağı təklif edirik. Pendirli toyuq kotletləri əvvəlcə panirovka olunur, qızılı rəngə qədər tavada qızardılır və sonda sobada hazır edilir.

Pendirli sarımsaqlı içlikli toyuq kotleti əla alınır - yumşaq, şirəli, ətirli və ləzzətli. Pendirli kotletləri kartof pürəsi, makaron, düyü, tərəvəz və ya digər qarnirlə servis etmək olar. 

Ərzaqlar

Toyuq filesi

4 Ədəd

Sərt pendir

100 q

Sarımsaq

2 diş

Zövqə görə

Mayonez

1 x.q

Zövqə görə

Panirovka üçün suxari

50 q

Yumurta

1 Ədəd

Duz

1/2 ç.q

Zövqə görə

Qara istiot

1/2 ç.q

Zövqə görə

Bitki yağı

50-80 ml

Fileni yuyub qurulayın və üzərində olan şəffaf plyonkanı çıxarın. Hər filenin içərisində cib düzəldin - iti bıcağı filenin içərisinə salıb sona qədər çatdırmadan səliqəli kəsin. Alınan "ciblərin" üzərini və içini duzlayıb, istiotlayın.

Pendirli toyuq kotletləri
Pendirli toyuq kotletləri

İçliyi hazırlayın: Pendiri dilimlərə doğrayın. Mayonezi çəkilmiş sarımsaq ilə qarışdırın.

Pendirli toyuq kotletləri-2
Pendirli toyuq kotletləri-2

"Cibin" içərisinə sarımsaqlı mayonez sürtün.

Pendirli toyuq kotletləri-3
Pendirli toyuq kotletləri-3

Pendir dilimlərini toyuq ətinin içinə yerləşdirin. "Cibləri" kiçik çubuklarla və ya kulinar sapla bağlayın.

Pendirli toyuq kotletləri-4
Pendirli toyuq kotletləri-4

Yumurtanı bir çimdik duzla çalın. Ayrı qaba suxarini tökün. Hər kotelti ilk növbədə yumurtaya, daha sonra suxariyə elə batırın ki, bütün üzəri panirovka ilə bağlansın.

Pendirli toyuq kotletləri-5
Pendirli toyuq kotletləri-5

Bitki yağını tavada isidin və kotletləri qızılı rəng alana kimi hər iki üzünü qızardın. 

Pendirli toyuq kotletləri-6
Pendirli toyuq kotletləri-6

Qızarmış kotletləri əvvəlcədən 180 dərəcə qızdırılmış sobaya qoyun və 15-25 dəq. ərzində bişirin.

Pendirli toyuq kotletləri-7
Pendirli toyuq kotletləri-7

Pendirli toyuq kotletlərini isti-isti süfrəyə verin. 

Mənbə: kulinarnia.ru