Ərzaqlar:

1 nəfər üçün

  • 2 yumurta

  • 50 ml süd

  • 1 çimdik duz

  • 20 q kərə yağı

  • 50 q holland pendiri


Hazırlanma qaydası:

2 yumurtanı qaba sındırın duzlayıb süd əlavə edin və çəngəllə çırpın. Tavada 20 q yağı əridib yumurtanı tökün. Astaca çevirib hər iki tərəfin qızılı rəng almasını təmin edin..

Qayğanağın mərkəzinə rəndələnmiş pendir qoyun və qıraqlarını mərkəzə doğru bükün. 2-3 dəq qapağın altında saxlayın.

Hazır omleti tikişi aşağı şəkildə boşqaba qoyun və lavaş və ürəyiniz istədiyi digər ərzaqlarla birgə süfrəyə verin.