Ərzaqlar

Kartof

2 ədəd

orta

Kök

2 ədəd

orta

Yumurta

3 ədəd

Duzlu xıyar

150 q

Konservləşdirilmiş yaşıl noxud

150 q

Şüyüd

1/2 dəstə

Qaynadılmış toyuq

200 q

Mayonez

300 ml

Duz

1/2 ç.q

Bəzək üçün

Bolqar bibəri

1 Ədəd

Qırmızı

Limon

1 ədəd

Yaşıl soğan

1/2 dəstə

Tərəvəzləri və yumurtaları qaynadın. Göyərtini yuyun və qurulayın. Hazır tərəvəzləri və yumurtaları soyudun və qabığını soyub 0,5 x 0,5 ölçülü kub şəklində doğrayın. (bir yumurtanın yarısını bəzək üçün saxlayın.)

Salat üçün toyuqu (qaynadılmış ət və ya kolbasa ilə əvəz edə bilərsiniz) qaynada və ya qızarda bilərsiniz. Toyuq ətini xırda doğrayıb qaba qoyun və üzərinə doğranılmış tərəvəzləri əlavə edin. Salat   xırdalanmış şüyüd, suyu süzülmüş konservləşdirilmiş yaşıl noxud və mayonez qatıb qarışdırın. Zövqə görə duzlayın. Salat hazırdır. 

Yeni il süfrəsi üçün salata xüsusi bəzək vurmaq olar. Bu videoda salatın üzərində 2017-ci ilin rəmzi olan xoruz şəklində bəzək üsulu təqdim olunub.