Ərzaqlar

Çörək

1 dilim

Xıyar

1 ədəd

iri

Pomidor

1 ədəd

orta

Qırmızı soğan

1/2 ədəd

Zeytun yağı

0

Üzüm sirkəsi

1 x.q

Duz və istiot

1/2 ç.q

Yaşıl reyhan yarpağı

25 ədəd

Parmezan

50 q

Digər bərk növ pendirlə əvəz etmək olar

1. Sobanı 135 C isidin. Çörək dilimini 1,5x1,5 ölçüdə kiçik kublara bölün və üzərinə azca zeytun yağı gəzdirin. 20-25 dəq. Ərzində sobada qurudun. Çalışın çörək qızarmasın, qurusun. Sobadan çıxarın və soyudun. 

Suxari
Suxari

2. Xıyarı yarımhalqa, pomidorları uzunsov dilimlərlə, qırmızı soğanı isə nazik halqa formasında doğrayın. İri qabda tərəvəzləri və çörəkləri qarışdırın.

salat
salat

3. Kiçik qabda sirkə, zeytun yağı, duz və istiotu qarışdırın və salatın üzərinə qəzdirin.  Sonda xırda doğranmış göy reyhan və nazik parmezan dilimlərini əlavə edin.