Ərzaqlar

Qayğanaq üçün:

Ərinmiş kərə yağı

1-1,5 kq

Yumurta

12 ədəd

Un

1 ç.q

Su

1 ç.q

Duz

1 çimdik

Şərbət üçün:

Bal

3-4 x.q

Su

1 stəkan

12 ədəd yumurta ağaranadək çalınır, uzərinə 1 çimdik duz və 1 çay qaşığı un əlavə edilir və yeniden çalınır.

Vam odun üstünə orta ölçüdə qazanda ərinmiş yağ dağ olunmağa qoyulur və sonra onun yarısı ayrılaraq başqa bir kiçik qazana vam odun ustunə isti qalmağı üçün qoyulur.

Əsas qazanda yağ dağ olunca yumurta oxlovla qarışdırılaraq üzərinə əlavə edilir. Qayğanaq qızardıqca üzərinə kiçik qazanda olan yağ az-az tökülür. Yağ əlavə edildikcə qayğanaq şişir və qızarır. Sonra onu ters üzünə çevirərək prosedur təkrar olunur. Qayğanaq bişdikdən və soyuduqdan sonra üzərinə şərbət əlavə olunur.

Şərbət üçün 1 stəkan qaynayan suda bal həll olunur və soyudulur.