Ərzaqlar

Toyuq

1 kq

Qırmızı soğan

500 q

Nar

3 ədəd

iri

Əridilmiş yağ

2 x.q

Duz

1 ç.q

İstiot

1/2 ç.q

Sarıkök

1/2 ç.q

Darçın

1/3 ç.q

Zövqə görə

Narlı toyuq qovurması

1. Toyuqu iri hissələrə doğrayın, yuyun, qurulayın və duzlayıb, istiotlayın. 

2. Kərə yağını tavada qızdırın və toyuğu qızılı rəngədək qızardın. 

3. Toyuq qızardığı zaman soğanı nazik yarımhalqa şəklində doğrayın və toyuğun üzərinə əlavə edib qızartmağa davam edin. Soğanı ayrı tavada qızartmaq da olar. Ayrıca qızarılan soğanı qızılı rəngə çatdırın və toyuğun üzərinə əlavə edin.

4. Tavaya ədviyyatları əlavə edib qapağını örtün və 30 dəq. bişirin.

5. Sonda narı əlavə edin və qarışdırın. Nar dənələri yumşalanacan qapağın altında daha 10 dəq. bişirin.

6. Narlı qovurma adətən plovla süfrəyə verilirsədə, onu tək də təqdim etmək olar.