Bu tez hazırlanan yemək həm qonaqlıq həm də ailəvi şam yeməkləri üçün əladır. Qarnır olaraq yeməyin yanında fri-kartof, düyü və ya tərəvəz salatı təqdim edə bilərsiniz.

Ərzaqlar

Toyuq filesi

2 ədəd

Bitki yağı

2 x.q

Duz

1/2 ç.q

İstiot

1/2 ç.q

Pomidor

1 ədəd

İri

Şampinyon

150 q

konservlənmiş göbələkdən də istifadə etmək olar

Holland pendiri

100 q

Hazırlanma qaydası:

Toyuq filesini duzlayıb istiotlayın və döyün. Tavada yağı qızdırıb toyuqun hər iki üzünü qızılı rəng alana kimi qızardın.

Tərəvəzləri yuyun, qabığını soyun və doğrayın. Pendiri rəndələyin və ya nazik doğrayın.

Qızardılmış toyuqu soba formasına qoyun və üzərinə göbələk, pomidor və pendiri ardıcıl olaraq yerləşdirin.

20 dəqiqə ərzində 180 dərəcədə bişirin.