Ərzaqlar

Badımcan

5 Ədəd

Pomidor

5 Ədəd

Bolqar bibəri

5 Ədəd

Qırmızı soğan

2 baş

Göyərti

1 dəstə

Reyhan, keşniş

Bitki yağı

50 ml

Sarımsaq

2-3 diş

Duz

1 ç.q

İstiot

1 ç.q

Manqal salatı

Hazırlanma qaydası:

1. Badımcan, pomidor və bibərləri yuyub şişə taxmaq və köz üzərində qızartmaq.

2. Hazır tərəvəzlərin qabığını soymaq. Badımcanın qabığını soymamışdan əvvəl duzlu suda 40-50 dəq. saxlamaq lazımdır. 

3. Qabığı soyulan və soyuyan tərəvəzləri kub şəklində doğrayıb salatı süfrəyə verəcəyiniz qaba yığın. 

4. Soğanın qabığını soyub xırda-xırda doğrayın və salata əlavə edin. 

5. Sonda salata doğranılmış göyərti, zövqə görə sarımsaq, duz, istiot qatın.