Ərzaqlar

Toyuq filesi

500 q

Kahı

300 kq

İstənilən növ digər salatdan və ya salat qarışımından istifadə etmək olar

Qırmızı soğan

1/2 ədəd

Çerri pomidoru

200 q

Mandarin

100 q

Küncüt tumu

2 x.q

Duz

1/2 ç.q

Zövqə görə

İstiot

1/4 ç.q

Zövqə görə

Sous üçün

Zeytun yağı

2/3 stəkan

Soy sousu

1/4 stəkan

Ağ üzüm sirkəsi

1/2 stəkan

Sarımsaq

2 diş

Rəndələnmiş zəncəfil kökü

2 x.q

Küncüt yağı

1 ç.q

zövqə görə

Qəhvəyi şəkər tozu

1 x.q

Qırmızı istiot

1 çimdik

Hazırlanması:

1. İlk növbədə salat üçün sousu hazırlayın. Kəsada zeytun yağı, soy sousu, ağ üzüm sirkəsi, əzilmiş sarımsaq və zəncəfil kökünü qarışdırın. Küncüt yağı, qəhvəyi şəkər tozu və qırmızı bibər əlavə edib bir də qarışdırın. 

2. Toyuq filesini duzlayıb istiotlayıb yağsız bişirin: sobada və ya suda. Hazır  toyuq ətini xırda kub şəklində doğrayın və üzərinə sousun 1/3 hissəsi tökün və küncüt səpin.  Çerri pomidorlarını iki yerə bölün, qırmızı soğanı isə yarım halqa şəklində doğrayın. Mandarin dilimlərini ağ plyonkadan təmizləyin və bir neçə yerə bölün. 

3. Salatı süfrəyə verəcəyiniz qaba kahı, toyuq əti və doğranılmış soğanla pomidorları qoyun və qalan sousu ezərinə əlavə edin. Mandarin dilimlərinin salatın üzərinə qoyub masaya təqdim edin.